RU

Avropa ölkəsinin səmasında od topu MÜŞAHİDƏ OLUNUB

Ajans.az yerli KİV-ə istinadən xəbər verir ki, bunun meteorit olduğu ehtimal edilir. NOS-un xəbərinə əsasən, yanan cismin Yerə yaxınlaşması ilə bağlı məlumatlar ölkə üzrə müxtəlif polis bölmələrinə daxil olub. Polis bildirib ki, müşahidələr bölgələrdən asılı olaraq fərqli təsvir edilib. Hollandiya Meteor İşçi Qrupunun nümayəndəsi Joost Hartman və kosmik mütəxəssis Rob van den Bergh bu obyektin meteorit ola biləcəyini irəli sürüblər. Məlumata görə, od topu çox yüksək hündürlükdə hərəkət etdiyindən Hollandiya hava nəqliyyatına nəzarət radarlarında qeydə alınmayıb. Hadisə ilə bağlı Almaniya və Belçika sakinləri də oxşar müşahidələr etdiklərini bildiriblər. Bild nəşrinin məlumatına görə, meteoritin bəzi parçaları Almaniyanın Hunsrück, Eifel və Koblenz bölgələrində evlərə ziyan vurub. Bununla belə, Hollandiyada və Belçikada hər hansı ziyan qeydə alınmayıb.

 

Избранный
115
Ajans.az

1Источники