RU

Bu ölkədə ölənlərin sayı 400-ə çatır - Fransa təcili tədbir tələb edir

Fransa Livandakı gərgin vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

“Yeni Sabah” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Onun sözlərinə görə, Paris Livandakı son hadisələrin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas çağırılmasını tələb edib.

Nazir bildirib ki, son günlər Livan ərazisi intensiv hava hücumlarına məruz qalır. Yerli səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində təxminən 400 nəfər həlak olub.

Fransa tərəfi bölgədə vəziyyətin sürətlə pisləşdiyini vurğulayaraq beynəlxalq ictimaiyyəti gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
116
yenisabah.az

1Источники