RU

İranın qonşuları bizdən kömək istədi Zelenski

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İranla qonşu olan 11 ölkə dron və raketlərin ələ keçirilməsində Ukraynadan kömək istəyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hazırda İranla qonşu ölkələrdən, Avropa dövlətlərindən və ABŞ-dan 11 sorğu var. Ukraynanın dronları ələ keçirmə sistemləri, elektron müharibə vasitələri və digər oxşar təhdidlərə qarşı təlimləri tərəfdaş ölkələri xüsusilə maraqlandırır.

Ukraynalıların həyatını və ölkəmizin müstəqilliyini müdafiə etməkdə bizə kömək edənlərin xahişlərinə müsbət cavab verməyə hazırıq”, – deyə o bildirib.

Ukrayna lideri əlavə edib ki, Kiyev artıq bəzi sorğulara konkret dəstək ilə cavab verib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
globalinfo.az

1Источники