RU

Ursula fon der Leyen: İran rejimi üçün göz yaşı tökülməməlidir

Ursula fon der Leyen: İran rejimi üçün göz yaşı tökülməməlidir

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Aİ Səfirlər Konfransında etdiyi çıxışında İran rejimi üçün göz yaşı tökülməməli olduğunu bildirib. 

AFN.az xəbər verir ki, fon der Leyen bu rejimin öz xalqına ölüm və təzyiq yaşatdığını, 17 min genci qətlə yetirdiyini vurğulayıb.

9-13 mart tarixləri arasında keçirilən illik konfransın açılışında danışan Komissiya sədri Avropanın mövcud vəziyyətin reallığına fokuslanmalı olduğunu qeyd edərək, İranın bölgədə raketlər və pilotsuz uçuş aparatları ilə təchiz edilmiş proksi qüvvələri vasitəsilə dağıdıcılığa və qeyri-sabitliyə səbəb olduğunu diqqətə çatdırıb. İranın dini lideri Əli Xameneinin öldürülməsinin dünyanın fərqli yerlərində sevinclə qarşılandığını deyən fon der Leyen, İran xalqının azadlığı, ləyaqəti və öz gələcəyini təyin etmə haqqını qazandığını bildirib.

Müharibənin enerji, maliyyə, ticarət və nəqliyyat sahələrində arzuolunmaz nəticələr doğurduğunu ifadə edən Ursula fon der Leyen, köhnə dünya düzəninin keçmişdə qaldığını və Avropanın artıq yalnız buna güvənə bilməyəcəyini, öz Avropa yolunu inşa etməli olduğunu vurğulayıb. O, həmçinin Aİ-nin qərar qəbuletmə prosesində islahatlara ehtiyac olduğunu və birliyin geosiyasi aktor kimi etibarlılığını artırmağın vacibliyini qeyd edib.

Avropanın müstəqilliyi üçün ticarət və müdafiə sahəsində tərəfdaşlıqları şaxələndirməyin zəruriliyini bildirən fon der Leyen, Ukraynanı Avropanın ilk müdafiə xətti və gələcək Aİ üzvü kimi gördüklərini, digər bölgələrdə nə baş verməsindən asılı olmayaraq Ukraynanın yanında durmağa davam edəcəklərini və bu ölkəyə 90 milyard avroluq kreditin təmin ediləcəyini sözlərinə əlavə edib.

Избранный
76
afn.az

1Источники