RU

Sistani adından məlumat yayıldı, gözlər İrana çevrildi Nə baş verir?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İraqın ən nüfuzlu şiə dini liderlərindən biri olan Böyük Ayətullah Seyid Əli Sistani, ABŞ və İsrailə qarşı dini sorğuya cavab olaraq kollektiv cihad elan edib. Nəcəf şəhərində yerləşən şiə məktəbinin rəhbəri və İmam Əli məscidinin xadimi olan Sistani, Yaxın Şərqdə şiələr üzərində hazırda ən real təsir gücünə malik lider hesab olunur.

Ekspertlər bildirirlər ki, onun qərarı 2015–2016-cı illərdə İŞİD-ə qarşı Haşdi-Şabi qüvvələrinin yaradılmasında və bütün şiələrin birləşdirilməsində əhmiyyətli rol oynayıb, bu, İraqda şiələri hərəkətə keçirməyə və regional proseslərdə təsir göstərməyə imkan verir.

Sistani həm də İraqda siyasi proseslərdə təmkinli yanaşması və məzhəb savaşlarının qarşısını almaqdakı rolu ilə tanınır. 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra yeni konstitusiyanın hazırlanmasında iştirak edən lider, şiə icmasını sülh və seçki yolu ilə aktiv olmağa çağırmışdı.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-la İsrailin İrana hücumu və davam edən müharibə regionda ciddi qarşıdurmaya səbəb olub:

“Bəzən bunu dini müharibəyə çevirməyə çalışırlar, lakin belə deyil. Baxmayaraq ki, İsraildə və ABŞ-da bu prosesə dini çalarlar qatılır. İranda baş verən münaqişəyə də dini çalarlar əlavə etməyə çalışırlar.

Məhz İraqda, Müctəhid Sistani adından daima cihad çağırışları ilə bağlı açıqlamalar yayılır. Halbuki İraqda faktiki olaraq cihad elan olunmayıb və Sistaninin buna getməsi gözlənilmir. Onun İrana qarşı münasibəti birmənalı deyil. İraqda İran tərəfindən dəstəklənən Haşdi-Şabi qüvvələri fəaliyyət göstərir.

İran, Sistani adından açıqlama yaymaqla bir növ Azərbaycan gənclərini prosesə qoşmağa çalışır. Qeyd etmək lazımdır ki, Sistaninin adından fətva vermək doğru deyil”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
104
globalinfo.az

1Источники