RU

Təməli korrupsiya ilə qoyulan Hitler hakimiyyəti - Nasistlər gizli şəkildə rüşvəti təbliğ ediblər

Nürnberqdəki beynəlxalq hərbi tribunaldan (1945–1946) və Nürnberq məhkəmələrindən (1946–1949) sonra 3-cü reyxdə korrupsiya məsələsi heç vaxt aktual olmayıb.

Hakimiyyətə gəlməzdən əvvəl isə nasistlər yüksək vəzifəli məmurlara rüşvət verməyi geniş tətbiq ediblər. Reyx prezidenti, ən böyük Prussiya torpaq sahibi olan feldmarşal Paul fon Hindenburq, Langenau və Preussenvald mülklərini nasistlərin hədiyyəsi kimi qəbul edib. O, bu səxavətə görə onlara Almaniya hərbi tarixində qeyri-adi bir jestlə təşəkkür edib: təqaüdçü hərbi hava qüvvələri kapitanı Görinqə “müharibə və sülh dövründə görkəmli xidmətlərinə görə” piyada generalı rütbəsi verib. 1932-ci ilin sonunda mətbuata məlumat sızdırılıb ki, reyx prezidentinin oğlu və adyutantı, atası Noydek ailə əmlakına sahiblik hüququnu onun adına qeydiyyatdan keçirmiş mayor Oskar fon Hindenburq dövlət subsidiyalarından (hökumət Şərqi Prussiyadakı iri torpaq sahiblərinə maliyyə yardımı göstərirdi) kazinolarda qumar oynamaq, məşuqə saxlamaq və bahalı kurortlarda tətil etmək üçün istifadə edib. Bu vaxt Oskar atasının himayəsindən istifadə edərək vergilərdən yayınıb.

bcf2e071-48f2-4d15-bef2-a3e2905b302a.jpeg

22 yanvar 1933-cü ildə Hindenburq kiçik Adolf Hitlerlə iki saatlıq söhbət edib və bundan sonra Oskar atasına deyib: “İndi Hitleri kansler etməkdən başqa çarə yoxdur”. 30 yanvarda reyx prezidenti Hindenburq Hitleri kansler təyin edib. Tezliklə Oskar fon Hindenburqun Noydekdəki 5000 akr torpağı vergilərdən azad edilib. Beləliklə, 1933-cü ilin yanvarında banal korrupsiya sövdələşməsi ilə 3-cü alman reyxinin tarixinin təməlini qoyub.

1933-cü ildən sonra Almaniyada müstəqil mətbuat yox olub və parlamentin nəzarət funksiyaları ləğv edilib. Nasistlərin partiyası məhkəmə sistemini siyasiləşdirib və nəzarətdə saxlayıb, audit orqanları kimi ənənəvi nəzarət orqanlarının səlahiyyətlərini kəskin şəkildə məhdudlaşdırıb. Nasist rejimi gizli şəkildə korrupsiyanı təşviq edib; bir çox milli sosialist özlərini “yəhudilərin alman xalqını istismar etdiyi” “çürük Veymar demokratiyasının” qurbanı hesab ediblər.

“Mühafizəkar inqilab”dan sonra nasistlər yəhudilər və demokratlar tərəfindən onlara vurulmuş iddia edilən ziyana görə kompensasiya tələb etmək hüquqlarına malik olduqlarını düşünüblər. Hitler bu barədə deyib: “Almaniyanı böyük edəndə özümüz haqqında da düşünmək hüququmuz olacaq”.

dbbdca2d-7fec-4f1a-87e0-57b35a7c2eec.jpeg

Almaniya iqtisadiyyatının yiyələri, nasistlərlə əməkdaşlıqdan qazanc əldə etmək ümidi ilə onlara xeyli miqdarda ianə veriblər. Reyxsvereyn Avtomobil Assosiasiyasının 12 iyun 1933-cü il tarixli Adolf Hitler Fondunun yaradılması haqqında sirkulyarında yazılıb: “Almaniya Sənayesi Nazirliyi bizə bildirir ki, ölkə iqtisadiyyatının aparıcı assosiasiyaları nasist partiyası üçün ianələrin toplanmasını standartlaşdırmaq məqsədilə fərdi ianələrdən vahid fond yaratmaq qərarına gəliblər. Bundan toplanan vəsait reyx kanslerinə təqdim ediləcək. Adolf Hitler Fondunun Himayəçilər Şurasının prezidenti Almaniya Sənayesi Nazirliyi sədri Dr. Krupp fon Bolen und Halbaxdır”.

Bu fond vasitəsilə Hitler 12 illik nasist diktaturası dövründə təxminən 700 milyon reyxsmarka alıb. O, bu pulları “vətən və partiyanın ehtiyacları” üçün istifadə edib: Nürnberqdə möhtəşəm bir partiya kompleksinin tikintisi, nasistlərin mitinqləri, Berlin olimpiadası, magistral yolların tikintisi və ordu, hava qüvvələri və donanmanın silahlanması. Eyni zamanda 1935-ci ildən etibarən böyük vəsaiti olan və “Reyxsfürer-SS dostları dairəsi” adlanan qrupun üzləri Henrix Himmlerin himayəsi altında fəaliyyət göstərib. 1936-cı ildən 1944-cü ilə qədər “dostlar" Himmlerə büdcədənkənar istifadə üçün hər il təxminən 1 milyon reyxsmarka bağışlayıblar.

f3491c08-fdef-47bb-92e8-4bc9c7f6cde9.jpeg

İctimaiyyətin şəxsi təvazökarlığa çağırışlarına baxmayaraq, partiyanın böyük üzvləri dövlət xəzinəsindən şəxsi ehtiyaclarına xeyli pul xərcləyiblər. Henrix Himmler Bavariyanın cənub-şərqindəki Berxtesqaden bölgəsindəki Köniqssee dağ gölündə katibə-məşuqəsi Hedviq Potta üçün dövlət hesabına villa tikdirib. Bu vəzifədə ildə 4000 reyxsmarka maaşı olan əmək cəbhəsinin lideri Robert Ley, partiyanın imperiya təşkilatına rəhbərlik etdiyinə görə maaşını 2000 reyxsmarka artırıb. Ley Reyxstaq üzvlüyünə görə əlavə 700 reyxsmark, redaktə etdiyi qəzetdən 50.000 reyxsmarka, üstəgəl broşürlər və kitablar üçün iriməbləğli qonorarlar alıb.

Müharibədən sonra alman generalları Hitlerin gizli hesablarından vəsaitlərin alınmasını gizlətməyə çalışıblar. 1948-ci ildə keçirilən məhkəmədə general-polkovnik Frans Halder pulu qəbul etmədiyini iddia edib. Amerikalı prokuror Ceyms MakHani ona bunun əksini sübut edən bank qeydlərini təqdim etdikdə Halder susmağa məcbur olub. 1947-ci ildə feldmarşal Erhard Milx məhkəmədə and içərək gizli hesablardan pul qəbul etdiyini etiraf edib, lakin bunun yalnız “Lufthansa” rəhbəri kimi aldığı maaşın müqabilində kompensasiya olduğunu bildirib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Избранный
59
musavat.com

1Источники