RU

Azərbaycanda torpaqlar bahalaşacaq? REAL VƏZİYYƏT KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Son günlər daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətinin artacağı ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bu məlumatlar xüsusilə torpaq almaq və ya satmaq istəyən vətəndaşlar arasında müzakirələrə səbəb olub. Bəs torpaqların bahalaşacağı ilə bağlı deyilənlər nə dərəcədə realdır və bu prosesə təsir edən əsas amillər hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib:

“Ümumiyyətlə, torpaqların qiymətinin artması ilə bağlı yayılan xəbərləri mən o qədər də iqtisadi cəhətdən real əsaslandırılmadığını düşünürəm”.

İqtisadçının sözlərinə görə, həm beynəlxalq-iqtisadi vəziyyətlə, həm də ölkənin makroiqtisadi göstəriciləri fonunda, əhalinin gəlirlərinin mövcud durumu şəraitində torpaqların bahalaşacağı real hesab olunmur.

Dəniz Pənahova

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
1
konkret.az

2Источники