RU

İraqın ayətullası Əli Əs Sistani şiələri ABŞ və İsrailə qarşı cihada çağırıb

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İraqın böyük ayətullası Əli Əs-Sistani şiətləri ABŞ və İsrailə qarşı kollektiv cihada çağırıb.

Bizimyol.info xəbər verir ki, İraq mətbuatının Yaxın Şərq mənbələrinə istinadla verdiyi xəbərə görə, bu fətva İranı dəstəkləmək məqsədilə, regionda davam edən hərbi qarşıdurma fonunda verilib.

Mətndə deyilir ki, İranın müdafiəsi və ABŞ-la İsrailə qarşı mübarizə dini vəzifə hesab olunur. Fətvada həmçinin inanclılara “müqəddəs cihada” qoşulmaq çağırışı edilib.

Qeyd edək ki, əvvəllər “müqavimət oxu”nun digər nümayəndələri də oxşar bəyanatlar veriblər. İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyi və İraq ilə Livandakı İran tərəfdarı şiə qruplaşmaların liderləri ABŞ və İsrailə qarşı mübarizəni genişləndirməyə hazır olduqlarını bir neçə dəfə açıqlayıb və tərəfdarlarını İranı dəstəkləməyə çağırıblar.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
93
bizimyol.info

1Источники