ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Vatikana səfəri çərçivəsində Vatikan Həvari Kitabxanasında olub.
525.az xəbər verir ki, Kitabxananın fondunda 1 milyon 600 min kitab, 150 min manuskript, 100 mindən artıq qravür, xəritə, eləcə də 300 min sikkə və medal saxlanılır.
Vatikan Həvari Kitabxanası XVI əsrdən bəri fəaliyyət göstərir və yalnız xüsusi qonaqların bu kitabxanaya daxil olmasına icazə verilir. Kitabxana unikal memarlıq üslubu və divar rəsmləri ilə də maraq doğurur.
Martın 9-da ilk dəfə olaraq Azərbaycanın – Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Romada iftar veriləcək. İftar mərasimində Bütün Qafazın Şeyxi Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Dövlət Katibi Pyetro Parolin və digər rəsmilər, islam, xristian və yəhudi dinlərinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu bəşəri iftar ziddiyyətlər məngənəsində çırpınan dünyamızda sivilizasiyalar və mədəniyyətlərarası dialoqa ev sahibliyi edən ölkəmizin nümayiş etdirdiyi unikal tolerantlıq nümunəsi olacaq.


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.