RU

Rəşad Sadıqov: “Oyuna nəzarət edən tərəf biz idik” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə başqa qol epizodlarımız da var idi, amma bunlardan istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başlasaq da, yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq, 1 xal da yaxşı nəticədir.

Oyundan əvvəl təbii olaraq, hamımız 3 xala köklənmişdik. Amma gedişat elə idi ki, 1 xal qazandıq”.

Rəşad Sadıqov “Kəpəz” azarkeşlərinin matçın sonlarında onun ünvanına şüarlar səsləndirməsinə də münasibət bildirib:

“Eşitmirdim, maraqlı deyil. Bircə onu deyə bilərəm ki, Premyer Liqada 2 komanda çempionluğa oynayır, 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. O 5 komandanın arasında yerli məşqçi bircə mənəm. Digərləri adlı-sanlı əcnəbi mütəxəssislərdir. Sadəcə, bunu qeyd etmək istəyirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
47
5
arena.az

10Источники