RU

Gəncədə ağır yol qəzası - 11 nəfər yaralanıb

Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, Şah İsmayıl Xətai prospektində" VAZ-21010" və "Great Wall" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində, 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə müxtəlif dərəcəli xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
106
14
azreform.info

10Источники