RU

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir.

Publika.az xatırladır ki, Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir.

El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar.

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də niyyət tutulmasıdır. Belə ki, çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa deməli diləyin yerinə yetəcək.

Избранный
48
publika.az

1Источники