RU

Oğurlanan avtomobil nömrələri bərpa olunmur? Qanun nə deyir? VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Son zamanlar nömrələrin oğurlanması kimi hallarla qarşılaşan xeyli insan var. Dələduzlar nömrənin birini oğurlayıb vətəndaşdan bunun müqabilində pul tələb edirlər. Təbii ki, nömrə itirənlər də az deyil. Belə olan halda isə vətəndaşın bir çıxış yolu var.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.

Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO

Millət vəkili Elşad Musayev məsələyə belə aydınlıq gətirib: "Dövlət qeydiyyat nişanı itəndə bizdə o dövlət qeydiyyat nişanının dublikatı verilmir ki, bu da ilk növbədə təhlükəsizliklə bağlı məsələdir. Yəni əgər dövlət qeydiyyat nişanı itibsə, bir adam onun dublikatını, deyək, aldı, ondan istifadə etdi. Nəzərə alaq ki, bir başqası da o qeydiyyat nişanını götürür, o da ondan istifadə edir".

Ekspertlər deyirlər ki, bununla bağlı qanunda müəyyən dəyişikliklər etmək lazımdır. Çünki artıq şəhərin hər bir nöqtəsində nəzarət kameraları var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
128
7
oxu.az

8Источники