RU

İngiltərə Kuboku: “Vest Hem” dörddəbir finala vəsiqə qazanıb

İngiltərə Kubokunun 1/8 final matçında “Vest Hem” və “Brentford” üz-üzə gəliblər.

İdman.Biz bildirir ki, oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb.

Carrod Bouen (19, 34) və İqor Tyaqo (28, 81) hərəyə iki qol vurublar.

Penaltilər seriyasında “Vest Hem” üstün olub – 5:3.

Klub dörddəbir finalda “Lids Yunayted”lə qarşılaşacaq.

İdman.Biz
Избранный
76
1
idman.biz

2Источники