Voleybol üzrə Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Panionios” Yunanıstan kubokunun qalibi olub.
Sportinfo.az xəbər verir ki, final qarşılaşmasında “Thiras”ı 3:1 hesabı ilə məğlub edən P. Rəhimovanın komandası kuboku qazanıb.
35 yaşlı voleybolçu 2025-ci ilin may ayından "Panionios"da çıxış edir.
