RU

"Brent" markalı neftin qiyməti yenidən 90 dollardan aşağı düşüb

BAKI, 10 mart. TELEQRAF

"Brent" markalı neftin qiyməti kəskin artımdan sonra yenidən bir barel üçün 90 dollardan aşağı enib.

Teleqraf xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən ticarətin nəticələri göstərir.

Məlumata görə, 2026-cı ilin may ayı üzrə Brent neft fyuçerslərinin qiyməti son 24 saat ərzində bir barel üçün 119 dollara qədər yüksəldikdən sonra yenidən azalmağa başlayıb.

Qeyd edək ki, martın 9-u səhər saatlarında Brent markalı neftin may fyuçerslərinin qiyməti 2022-ci il iyunun 17-dən bəri ilk dəfə olaraq 119 dollar həddini keçmişdi.

Избранный
75
teleqraf.com

1Источники