RU

İtaliya sahillərində güclü zəlzələ baş verib

İtaliyanın qərb sahillərində, Tirren dənizində güclü zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Maqnitudası 6,1 olan yeraltı təkanların episentri İskya adasından 22 km cənub-şərqdə və Neapoldan 43 km cənub-qərbdə, ocağı isə 375 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, 30 oktyabr 2016-cı ildə İtaliyada son 35 ilin ən güclü - 6,5 bal gücündə zəlzələ baş verib. İlkin zəlzələdən sonrakı 24 saat ərzində hər biri 5 bal gücündə olan 200-dən çox afterşok qeydə alınıb. Xoşbəxtlikdən, təbiət hadisəsi nəticəsində heç kim ölməyib.

Избранный
79
26
far.az

10Источники