RU

KİV: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda neft qiymətlərinin kəskin artması ABŞ administrasiyasında ciddi narahatlıq yaradıb.

APA xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müşavirləri hərbi əməliyyatların ilk günlərində neft qiymətlərinin yalnız qısa müddətli artacağını gözləyirdilər. Lakin bazarın reaksiyasının real miqyası onları təəccübləndirib.

Telekanal qeyd edir ki, ABŞ administrasiyası əvvəlcə benzinin ucuzlaşmasını noyabrda keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının əsas arqumentlərindən biri kimi istifadə etməyi planlaşdırırdı.

Lakin neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalxdıqdan sonra ABŞ hakimiyyətinin atdığı addımların mümkün uzunmüddətli enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmadığı aydın olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
apa.az

2Источники