RU

Tramp: Hörmüz boğazında neft tədarükünə maneə olsa, ABŞ zərbələri 20 dəfə gücləndirə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazı vasitəsilə neft tədarükünə mane olarsa, Vaşinqton İrana qarşı zərbələrin intensivliyini 20 dəfə artıra bilər.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

“Əgər İran Hörmüz boğazında neft tədarükünü dayandırmaq üçün hər hansı addım atsa, ABŞ ona əvvəlkindən 20 dəfə daha güclü zərbələr endirəcək”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Tramp həmçinin bildirib ki, ABŞ belə halda asanlıqla məhv edilə bilən hədəfləri vuracaq və bundan sonra İranın özünü bərpa etməsi çox çətin olacaq.

ABŞ prezidenti əlavə edib ki, belə bir ssenarinin baş verməsini istəmir.

“Ümid edirəm və dua edirəm ki, bu baş verməsin. Hörmüz boğazının bağlanması ABŞ tərəfindən Çin və bu marşrutdan istifadə edən digər ölkələr üçün bir növ hədiyyə olardı”, – deyə Tramp vurğulayıb.

Избранный
99
2
apa.az

10Источники