Bakı. Trend:
İrandakı münaqişə enerji idxalı, pul köçürmələri, maliyyəsubsidiyaları, valyuta məzənnələri və beynəlxalq maliyyələşdirməyəçıxış kimi kanallar vasitəsilə bəzi inkişaf etməkdə olan ölkələrinborcalanları üçün əlavə çətinliklər yarada bilər.
Trend xəbər verirki, bu barədə "Fitch Ratings" hesabatında bildirilib.
"Fitch", həmçinin böhranın ayrı-ayrı ölkələrə təsir göstərəbiləcəyi spesifik amillərin mövcudluğunu qeyd edir: İrandakıqeyri-sabitlik qaçqınların kütləvi şəkildə ölkədən çıxmasına səbəbolarsa, Azərbaycan, İraq və Türkiyə zərər çəkə bilər.
"Fars körfəzi xaricindəki inkişaf etməkdə olan bazarlardayerləşən Anqola, Argentina, Azərbaycan, Braziliya, Kolumbiya,Ekvador, Qabon, Qazaxıstan, Nigeriya və Konqo Respublikası kimikarbohidrogen ixrac edən ölkələr üçün enerji qiymətlərinin uzunmüddət yüksək olması ixrac gəlirlərinin artmasına və maliyyəvəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Reytinqlərqiymətləndirilərkən xarici və dövlət maliyyə vəziyyətininyaxşılaşma müddəti nəzərə alınacaq", - deyə hesabatdabildirilib.
Reytinq agentliyinin analitiklərinin fikrincə, karbohidrogenixracatçıları müsbət təsir hiss edə bilərlər.
"Hörmüz boğazının bağlanmasının bir aydan az davam etdiyi vəbölgədəki neft hasilatı infrastrukturuna ciddi ziyan dəyməsininqarşısı alındığı baza ssenarimizdə, inkişaf etməkdə olan bazarlarınreytinqləri üçün risklər məhdud qalmalıdır. Lakin, daha uzun birbağlanma və ya daha uzunmüddətli təsir əhəmiyyətli bir təsirə səbəbola bilər", - deyə qeyd olunub.
"Fitch" hesab edir ki, neft və qaz idxalı, qlobal enerjiqiymətlərinə təsirini nəzərə alaraq, münaqişə risklərininötürülməsi üçün ən birbaşa kanaldır.
"Bir çox kiçik inkişaf etməkdə olan ölkələr üçün xalis qazıntıyanacaq idxalı ÜDM-in əhəmiyyətli bir hissəsini təşkil edir. Böyükiqtisadiyyatlar arasında biz hesab edirik ki, bu, Çili, Misir,Hindistan, Mərakeş, Pakistan, Filippin, Tailand və Ukrayna üçünÜDM-in 3 faizi və ya daha çoxuna bərabərdir.
Artan idxal xərclərinə qarşı həssaslıq Pakistan kimi onsuz daməhdud maliyyələşdirmə qabiliyyətinə malik və ya böyük cari hesabkəsirləri olan bazarlarda daha kəskin olacaq. 2025-ci ilin dekabrayında "Fitch" bu il Ukrayna (15,4 faiz) üçün böyük cari hesabkəsiri, Filippin (3,4 faiz) və Misir (3,0 faiz) üçün isə orta kəsirproqnozlaşdırmışdı", - deyə bildirilib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.