RU

“Qalatasaray” Avropa nəhənginin ulduzunu alır

“Qalatasaray” transferlər barədə fəaliyyətini davam etdirir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi “Bavariya”nın futbolçusu Leon Qoretzkanın xidmətində maraqlıdır. Məlumata görə, "Bavariya" futbolçunun mövsümün sonunda klubdan ayrılmasına razılıq verib. Futbolçunun mövsümün sonunda azad agent olacağı qeyd edilir. Bildirilir ki, futbolçu mövsümün fasiləsində "Atletiko Madrid"ə transfer olmağa yaxın olsa da, reallaşmayıb. “Qalatasaray” və "Atletiko Madrid"dən başqa “Milan”, “Bayer Leverkuzen” kimi klubların da futbolçunu transfer etmək istədiyi irəli sürülüb.

“Qalatasaray”ın iddialı təkliflər alman ulduzu razı salmağa çalışacağı deyilir.

Избранный
36
metbuat.az

1Источники