RU

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, söhbətdə əsas diqqət İran ətrafındakı vəziyyətə, həmçinin ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinə dair aparılan üçtərəfli danışıqlara yönəldilib.

Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Putin İran münaqişəsinin mümkün qədər tez siyasi-diplomatik yolla tənzimlənməsinə yönəlmiş bir sıra fikirlərini səsləndirib. O, İran Prezidenti və bir sıra digər dövlət rəhbərləri ilə apardığı danışıqlar barədə məlumat verib.

Öz növbəsində Donald Tramp ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatın gedişatından danışıb. Uşakovun sözlərinə görə, liderlər arasında bu mövzuda konkret və faydalı fikir mübadiləsi aparılıb. Bundan əlavə, Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Ukraynadakı münaqişənin tezliklə atəşkəslə və uzunmüddətli siyasi həll yolu ilə başa çatdırılmasında maraqlı olduğunu bir daha ifadə edib. Telefon danışığı zamanı Rusiya tərəfi Donald Trampın komandası və onun şəxsi vasitəçilik səylərinə müsbət qiymət verib.

23:36

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Qeyd edək ki, bu, Putin və Tramp arasında son iki aydan artıq müddətdə baş tutan ilk telefon danışığıdır. Həmçinin bu, ABŞ və İsrailin İrana hücumundan sonra tərəflər arasında qeydə alınan ilk məlum təmasdır.

Избранный
21
5
azerbaijan-news.az

6Источники