ŞƏKİ, 10 mart. TELEQRAF
Şəkidə qadın dəm qazından zəhərlənərək ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şəki rayonu Yeni Çələbixan qəsəbəsində baş verib.
47 yaşlı rayon sakimi Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.