İrana 30 tona yaxın qida məhsulları göndərilir.
APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Ehtiyyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan 30 tona yaxın qida məhsullarıdır:
"Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. Avtomobillər artıq yola düşməkdədir".