RU

Prezident İlham Əliyevin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb.

TurkicWorld-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İran Astarasına qədər müşayiət edirlər.

Избранный
5
30
turkic.world

10Источники