Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yevlax, 9 mart, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlaxda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən 285-ci kilometrliyində təşkil olunan aksiya zamanı yerli iqlimə uyğun 1000 ədəd müxtəlif növ ağac əkilib.
Yeni əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Müxbir – Tahir Ağaməmmədov






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.