RU

Hollandiya da müharibəyə qoşulur? Rəsmi sənəddə Azərbaycanın və Türkiyənin adı keçir

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Hollandiya hökuməti İranın regional hücum təhlükəsinə qarşı hərbi iştirakını artırmaq qərarı verib. Hökumət hava hücumundan müdafiə və komanda freqatı olan “Evertsen” gəmisini Aralıq dənizinin şərqinə göndərərək Kipr ətrafında fəaliyyət göstərən Avropa donanmasına qoşacaq.

Bakupost.az xəbər verir ki, Nazirlər kabinetinin qərarına əsasən missiya ilkin mərhələdə aprelin əvvəlinədək davam edəcək və bu missiya təxminən 2,5 milyon avroya başa gələcək. Qərarın səbəbi kimi Yaxın Şərqdə artan hərbi gərginlik və regionda genişlənən qarşıdurma göstərilir.170 nəfərlik heyəti olan “Evertsen” freqatı artıq keçən həftə Fransanın müraciəti ilə Aralıq dənizi istiqamətində yola düşüb. Rəsmi açıqlamada gəminin əsas vəzifəsinin İran və onun müttəfiqlərinin mümkün cavab hücumları fonunda ticarət marşrutlarının və Avropa hərbi kontingentinin qorunması olduğu bildirilib.Hollandiya hökumətinin parlamentə göndərdiyi məktubda missiyanın müdafiə xarakterli olduğu qeyd edilir. Gəmi Aralıq dənizinin şərqində fəaliyyət göstərən və Fransa rəhbərliyi altında koordinasiya olunan Avropa donanmasının bir hissəsi kimi fəaliyyət göstərəcək.Missiyanın məqsədi əsasən hava hücumundan müdafiə sistemləri vasitəsilə raket və pilotsuz uçuş aparatlarını izləmək və zərərsizləşdirməkdir.Hollandiya hökumətinin sənədində diqqət çəkən məqamlardan biri İranın regional hücumlarının yalnız birbaşa münaqişə tərəfləri ilə məhdudlaşmaması barədə qeydidir.Sənəddə bildirilir ki, İran son vaxtlar münaqişədə birbaşa iştirak etməyən ölkələrə də hücumlar həyata keçiriblər. Bu ölkələr arasında Azərbaycan, Türkiyə, İordaniya və Fars körfəzi ölkələri xüsusilə vurğulanır. Bundan başqa, rəsmi məlumatda iki İran raketinin Türkiyə tərəfindən havada vurulduğu da xüsusi qeyd olunur. Ankara həmin raketləri vaxtında məhv etməklə regionda daha böyük eskalasiyanın qarşısını alıb.Hökumətin parlamentə təqdim etdiyi sənəddə İran rejimi sərt ifadələrlə tənqid olunur və onun “repressiv və zorakı” siyasət yürütməsi qeyd edilir. Bununla yanaşı, Tehran hakimiyyətinin İsrail və Qərb ölkələrinin silah ehtiyatlarını tükətmək üçün uzunmüddətli hərbi strategiya həyata keçirdiyi iddia olunur.Missiya yalnız müdafiə xarakterli olsa da, müəyyən risklər mövcuddur. Hollandiya tərəfi qeyd edir ki, bölgədə Rusiya hərbi gəmilərinin də olması və elektron müharibə vasitələrinin – xüsusilə GPS siqnalını pozan sistemlərin istifadəsi əməliyyatı daha mürəkkəb edə bilər.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
www.bakupost.az

1Источники