RU

SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçidlə bağlı diqqət çəkən açıqlama verib.

BAKU.WS xəbərə verir ki, qurumun yaydığı bəyanatda İsrail və ABŞ səfirlərini ölkədən çıxaran istənilən Körfəz və ya Avropa dövlətinin bu strateji dəniz keçidindən istifadə edə biləcəyi qeyd olunub.

Belə qərar qəbul edən ölkələrin gəmilərinə bir gün müddətində Hörmüz boğazından keçmək imkanı veriləcək.

Hörmüz boğazı qlobal enerji tədarükü baxımından dünyanın ən kritik dəniz yollarından biri hesab olunur. Dünya üzrə neft istehlakının təxminən 20 faizi məhz bu keçid vasitəsilə daşınır. Bundan başqa, Fars körfəzi ölkələrindən ixrac olunan mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 30 faizi də buradan keçir.

Avropanın aviasiya yanacağı idxalının təxminən 40 faizi, dizel yanacağının isə 10 faizdən çoxu bu marşrutdan təmin edilir. Eyni zamanda Asiya ölkələrinin gündəlik neft idxalının təxminən 2 milyon bareli də Hörmüz boğazından daşınır.

Region ölkələrinin enerji ixracında bu keçidin rolu olduqca böyükdür. Belə ki, İraqın neft ixracının təxminən 97 faizi, Səudiyyə Ərəbistanının 89 faizi, Birləşmiş Ərəb Əmirliklərinin isə 66 faizi məhz bu marşrut vasitəsilə dünya bazarına çıxarılır. İran, Küveyt və Qətərin ixrac etdiyi neftin böyük hissəsi də eyni yol ilə nəql olunur.

Alternativ marşrutlar mövcud olsa da, onların imkanları kifayət qədər məhduddur. Səudiyyə Ərəbistanı və BƏƏ müəyyən həcmdə nefti şərq-qərb boru kəmərləri və Əbu-Dabi marşrutu ilə başqa istiqamətlərə yönəldə bilir. Lakin bu xətlər ümumi daşımaların yalnız kiçik bir hissəsini əvəz edə bilir.

Ekspertlərin hesablamalarına görə, Hörmüz boğazında hər hansı məhdudiyyət yaranacağı halda gündəlik 8-10 milyon barel xam neftin dünya bazarından kənarda qalması riski ortaya çıxa bilər. Bu isə qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb ola bilər.

Избранный
27
far.az

1Источники