RU

Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. 

Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.

Raketlərin növləri və mənzilləri

Taktiki balistik raket: 150 - 300 km

Qısa mənzilli (SRBM): 300 - 1.000 km

Orta mənzilli (MRBM): 1.000 - 3.500 km

Uzaq mənzilli (IRBM): 3.500 - 5.500 km

Qitələrarası (ICBM): 5.500 km-dən çox

Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:


Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:

Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.

Bora - 1: Yüksək dəqiqlikli zərbə raketi.

J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.

ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.

Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.

Bizim.Media 

Избранный
86
5
bizim.media

7Источники