RU

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olundu – Foto

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Digital Economy Development Forum 2026” beynəlxalq tədbirində təmsil olunub.

Vətəninfo.az  xəbər verir ki, forum rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, yüksəksürətli internet infrastrukturu və dövlət-özəl sektor tərəfdaşlığı mövzularına həsr edilib.

Müxtəlif ölkələrdən hökumət nümayəndələri, sənaye liderləri və texnologiya şirkətlərinin təmsilçiləri qlobal rəqəmsal transformasiyanın prioritet istiqamətlərini müzakirə ediblər.

Tədbirdə “Aztelekom”u təmsil edən Kommersiya departamentinin direktoru Fərid Salamov dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin nəticələri barədə çıxış edib.

Bildirilib ki, 2021-ci ildə ölkədə fiber-optik genişzolaqlı internetlə əhatə səviyyəsi cəmi 9% idi və orta internet sürəti 12 Mbit/s təşkil edib.

“Onlayn Azərbaycan” layihəsi nəticəsində ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsinin, demək olar ki, 100%-ə çatdığı, 3 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanının təmin olunduğu və orta internet sürətinin 90 Mbit/s-yə yüksəldiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, layihənin əsas operatorlarından biri olan “Aztelekom” artıq müştərilərinə 150 Mbit/s-dən yuxarı sürət paketləri təqdim edir.

Vurğulanıb ki, layihənin nəticələri Azərbaycanın qlobal rəqəmsal reytinqlərində də öz əksini tapıb. Belə ki, ölkənin “Ookla”nın qlobal reytinqində 40 pillə irəliləyərək 81-ci yerə yüksəldiyi, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində isə 9 pillə irəlilədiyi bildirilib.

Qeyd edək ki, “Aztelekom” “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrasına dəstək verməklə qlobal platformalarda fəal iştirakını davam etdirir.

Избранный
48
2
veteninfo.az

3Источники