RU

İran ölkələrə Hörmüz boğazından keçməyi vəd edir

Tehran İsrail və ABŞ ilə diplomatik münasibətləri kəsən ölkələrə təhlükəsiz və məhdudiyyətsiz keçid təmin edəcək.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və Amerika səfirlərini öz ərazisindən qovan istənilən ərəb və ya Avropa ölkəsinə Hörmüz boğazından məhdudiyyətsiz keçid hüququ veriləcək. CNN-in məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 9 mart bazar ertəsi günü açıqlama verib .İİKK bildirib ki, həmin ölkələr həm İsrail, həm də ABŞ ilə diplomatik əlaqələri kəsərsə, strateji su yolundan keçmək üçün "tam hüquq və azadlıqlara" malik olacaqlar.

Məqalədə deyilir ki, "Dünya neft ehtiyatlarının təxminən beşdə biri hazırda qlobal bazarlar üçün kritik və yüksək riskli bir boğucu nöqtə olan bu dar, 21 mil enində su yolundan keçir".

Nəşr əlavə edir ki, ABŞ və İsrailin İranla müharibəsi iki əsas səbəbdən neft qiymətlərinin artmasına səbəb olub: Hörmüz boğazının demək olar ki, tamamilə bağlanması və Yaxın Şərqdə neft hasilatının yavaşlaması.

Xatırladaq ki, İran bundan əvvəl Hörmüz boğazından keçməyə cəhd edən bütün xarici gəmiləri "yandıracağı" barədə xəbərdarlıq etmişdi .

Tehran daha sonra Hörmüz boğazını bağlamaq üçün hazırda heç bir tədbir görmədiyini , lakin gələcəkdə bunu edə biləcəyini bildirdi.

Müəllif: Günel Fərzəliyeva
Избранный
37
sia.az

1Источники