RU

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiyaTexnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin HeydərƏliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti vəAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgətəşkilatçılığı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunda“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktikiproblemləri” mövzusunda respublika konfransı keçirilib.

Trend xəbərverir ki, tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti,ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru,akademik Rasim Əliquliyev çıxış edərək son illər ölkəmizdə rəqəmsaltransformasiya proseslərinin sürətlənməsi istiqamətindəkibertəhlükəsizlik və kibersuverenlik məsələlərinin dövlətsiyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeydedib, bu baxımdan konfransın dövlətin kibersuverenliyinin təminolunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları,mövcud yanaşmalar və aparılan tədqiqatların nəticələrininmüzakirəsinə həsr olunduğunu vurğulayıb. O, qeyd edib ki,“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın,“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellektStrategiyası”nın qəbul olunması, eləcə də “Azərbaycanın yenirəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planınınmüəyyənləşdirilməsi bu sahədə elmi əsaslı yanaşmaların vəinstitusional əməkdaşlığın aktuallığını daha da artırıb. “Dayanıqlıvə təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyininqarantıdır” mövzusunda geniş məruzə ilə çıxış edən akademik,mövzunun Azərbaycanda yeni rəqəmsal arxitekturanınformalaşdırılması zəruriyyəti və qlobal texnoloji çağırışlarkontekstində onun elmi-texnoloji əsaslarının işlənməsi məsələsinəhəsr olunduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adınaAkademiyasının rəisi Elşad Nəsirov çıxışında kibersuverenlikməsələsinə milli təhlükəsizlik və dövlət maraqları prizmasındanyanaşaraq bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalarınsürətli inkişafı dövlətlərin suverenliyinə yeni çağırışlar,tələblər formalaşdırır. Onun sözlərinə görə, kiberməkan artıqyalnız texnoloji sahə deyil, həm də siyasi, iqtisadi, sosial vəmədəni proseslərə təsir göstərən mühüm strateji mühitə çevrilib. Busəbəbdən dövlətlərin kibersuverenliyinin qorunması millitəhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyətdaşıyır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədərəqəmsal dövlət quruculuğu, süni intellekt texnologiyalarınıntətbiqi və cəmiyyətin rəqəmsallaşdırılması istiqamətində mühümaddımların atıldığını söyləyən məruzəçi bu proseslər fonundaölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyininmöhkəmləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunudiqqətə çatdırıb, bu kimi elmi konfransların kibersuverenliyə dairaktual problemlərin müzakirəsi və yeni yanaşmalarınformalaşdırılması baxımından mühüm rol oynayacağına əminliyiniifadə edib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin MilliKibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanıMərkəzin əsas fəaliyyət istiqamətləri, kritik informasiyainfrastrukturu kimi müəyyənləşdirilmiş sahələr, bu sahədəformalaşdırılan normativ-hüquqi mexanizmlər barədə ətraflı məlumatverib, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinintəmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli Fərmanınınəhəmiyyətinə toxunaraq qeyd edib ki, məhz bu sənəddən irəli gələrəkölkədə vahid və sistemli kibertəhlükəsizlik ekosistemininformalaşdırılmasına başlanılıb. Kibertəhlükəsizliyin dövləttəhlükəsizliyinin əsas sütunlarından birinə çevrildiyini diqqətəçatdıran natiq konfransın mövzusunun müasir dövrdə olduqca aktualvə strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru,professor Vilayət Vəliyev XXI əsrdə dövlətlərin suverenliyinin ənmühüm elementlərindən birinin məhz kibersuverenlik olduğunu deyib.Kibersuverenliyin təmin olunması istiqamətində yüksəkixtisaslı kadrpotensialının formalaşdırılmasının zəruriliyindən danışan rektor,bu sahədə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyətdüşdüyünü, rəqəmsal transformasiya proseslərinə töhfə verə bilənyeni nəsil mütəxəssislərin hazırlanmasının ölkəninkibertəhlükəsizliyi və texnoloji inkişafı baxımından mühüməhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov,Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçıdirektoru Rauf Cabarov, eləcə də Azərbaycanda İnternetin İnkişafıForumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzçıxış ediblər. Çıxışlarda dövlət informasiya sistemlərininmühafizəsinin gücləndirilməsinin kibersuverenliyin əsasistiqamətlərindən biri olduğu, kiberməkanda yaranan risk vətəhdidlərə qarşı mübarizənin dövlət qurumları, elmi mühit vəvətəndaş cəmiyyəti arasında əməkdaşlıq tələb etdiyi vurğulanıb.Qeyd olunub ki, rəqəmsal transformasiya və süni intellektin sürətliinkişafı fonunda kibersuverenliyin qorunması milli təhlükəsizliyindayaqlarından biri kimi xüsusi aktuallıq kəsb edir və bu sahədəölkədə ardıcıl tədbirlər həyata keçirilir.

Sonra akademik Rasim Əliquliyev tədbirdə çıxış edən alim vəmütəxəssislərin, dövlət qurumları və vətəndaş cəmiyyətinümayəndələrinin kibertəhlükəsizliyin təmin olunması ilə bağlıaktual çağırışları əks etdirən fikir və mülahizələrini yüksəkqiymətləndirib və çıxışının sonunda tədbirin təşkilində göstərdiyidəstəyə görə Elm və Təhsil Nazirliyinin, Dövlət TəhlükəsizliyiXidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin rəhbərliyinə, eləcə də vətəndaş cəmiyyəti sektorununnümayəndələrinə dərin minnətdarlığını bildirib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

“Dövlətin
“Dövlətin
“Dövlətin
“Dövlətin
“Dövlətin
“Dövlətin
“Dövlətin
“Dövlətin
“Dövlətin
Məqalədə:
Избранный
31
11
az.trend.az

10Источники