RU

İran ABŞ ilə yeni danışıqları nəzərdən keçirmir – Əraqçi

İran ABŞ ilə növbəti danışıqların aparılmasını məqsədəuyğun hesab etmir.

Heftelik.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına müsahibəsində bildirib.

Ondan İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra Tehran rəhbərliyinin ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-saxlamadığı soruşulub.

Əraqçi bildirib ki, Xamenei hələlik bu məsələ ilə bağlı açıqlama verməyib və hamı onun gələcək bəyanatlarını gözləyir.

“Hazırda ABŞ ilə yeni təmasların və ya danışıqların gündəmdə olacağını düşünmürəm. Çünki amerikalılarla münasibətlərdə çox acı təcrübəmiz var”, – deyə İran XİN rəhbəri qeyd edib.

Избранный
68
6
heftelik.az

10Источники