RU

Pakistan HDQ əməliyyata başladı

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Yaxın Şərqdəki münaqişə fonunda ölkənin dəniz daşımalarına qarşı təhdidlərə qarşı tədbir görmək və enerji təchizatının fasiləsizliyini təmin etmək məqsədilə əməliyyata başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

“Dəniz təhlükəsizliyi sahəsində regional vəziyyətin dəyişməsi və həyati əhəmiyyətli dəniz marşrutlarında mümkün pozuntular nəzərə alınaraq, Pakistan Hərbi Dəniz Qüvvələri milli gəmiçilik və dəniz ticarətinə qarşı kompleks təhdidlərlə mübarizə aparmaq üçün “Dənizin mühafizəçisi” əməliyyatına başlayıb”, - açıqlamada bildirilib.

Qurum vurğulayıb ki, Pakistanın ticarətinin təxminən 90 faizi dəniz yolu ilə həyata keçirilir. Hərbi gəmilər ölkənin enerji təchizatının fasiləsiz axını və dəniz kommunikasiya xətlərinin təhlükəsizliyi təmin olunması üçün ticarət gəmilərini müşayiət edəcək və onların hərəkətini izləyəcək.

Избранный
88
2
bakivaxti.az

3Источники