RU

ABŞ İranın daha bir məktəbinə raket atdı



ABŞ İranın daha bir məktəbinə raket zərbəsi endirib.

Bu barədə Fars xəbər agentliyi məlumat verib. Agentliyin xəbərində sözügedən məktəbin Xomeyn şəhərində olduğu deyilir.

Məktəbin ətrafındakı bir neçə evə ziyan dəyib. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, 28 fevralda Hörmüzqan əyalətinin Minab şəhərindəki qızlar ibtidai məktəbi İsrail və ABŞ-ın raket zərbəsinə məruz qalmışdı.

İran Təhsil və Elm Nazirliyinin sözçüsü bildirib ki, iki gün ərzində ABŞ və İsrailin hücumları nəticəsində İran məktəblərində ən azı 175 müəllim və şagird həlak olub.

SAMİRƏ

Избранный
62
baki-xeber.com

1Источники