RU

İranda nüvə mərkəzləri BOMBALANDI, 17 əyalətə ZƏRBƏ endirildi, daha bir məktəb VURULDU

İsrail İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında İranın paytaxtı Tehrandakı nüvə laboratoriyalarına zərbələr endirib. İsrailin “12-ci Kanal”ı mənbələrə istinadla məlumat yayıb.

İsrailin “Kanal 14” telekanalı hazırda İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb. Siyahıda yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin adı da yer alıb.

Bundan başqa, siyahıda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İran Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejei, SEPAH-ın “Xatəm əl-Ənbiya” qərargahının komandanı Əli Abdullahi, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və SEPAH-ın baş komandanı Əhməd Vahidinin adı var.
İranın Xomeyn şəhərində Hafiz Xomeyni adını daşıyan məktəbə hücum edilib. “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı məktəbin yerləşdiyi məhəllədə bir neçə yaşayış evi də zərər görüb. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə İranı müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
41
musavat.com

1Источники