RU

Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü

Ekvadorun yüksək divizionunda “İndependiente del Valle” ilə “Muşuk Runa” arasında keçirilən matçda dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, 60-cı dəqiqədə gənc hücumçu Yan Pyer Arroyo Vernaza rəqib Brayan Neqronun kobud hərəkəti nəticəsində dəhşətli zədə alıb. “Muşuk Runa”nın futbolçusu rəqib hücumçunu saxlamaq üçün sürüşmə fəndi edib və birbaşa onun ayağına zərbə endirib.

Görüntülərdə oyunçunun topuğu qeyri-təbii bucaq altında əyilmiş görünür. 22 yaşlı futbolçu dərhal ağrıdan qışqıraraq əllərini yelləyərək kömək çağırıb.

Tibb işçiləri meydanda 10 dəqiqədən çox yardım göstəriblər, daha sonra onu xəstəxanaya aparmaq üçün meydana təcili yardım maşını gəlib. İlkin məlumata görə, Vernazaya baldır və fibula sümüyünün sınığı diaqnozu qoyulub.

Hakim dərhal Brayan Neqroya birbaşa qırmızı vərəqə göstərib, lakin bu, gərginliyi daha da artırıb. Hər iki komandanın oyunçuları meydanda dava etməyə başlayıblar və hətta ehtiyat oyunçular da onlara qoşulublar.

Избранный
49
publika.az

1Источники