ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəstəkar və musiqi prodüseri Asif Kərimov “Xəzər Axşamı” verilişində estrada ifaçıları ilə bağlı fikirlərini səsləndirib.
Gununsesi.info xəbər verir ki, o bildirib ki, estrada sahəsində çalışan ifaçıların musiqi savadı olmalıdır. Onun sözlərinə görə, muğam bilməyən ifaçılar interval anlayışını öyrənməlidirlər:
“Musiqi ilə məşğul olan hər kəs ya muğamı bilməli, ya da intervalı bilməlidir. Bu bilik musiqi savadının əsas hissəsidir”.
Aparıcı veriliş zamanı bu sahədə vəziyyətin gərgin olduğunu qeyd etdikdə, bəstəkar cavabında bildirib ki, estrada janrında fəaliyyət göstərən ifaçılar üçün intervalı bilmək vacibdir.
“Bu gün interval anlayışı hətta ikinci sinif şagirdlərinin öyrəndiyi mövzular sırasındadır və musiqi savadı hər bir ifaçı üçün mühüm əhəmiyyət daşıyır”,-deyə o əlavə edib.
Şəbnəm
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.