RU

Eldar istefa verdi

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Avroviziya 2011" qalibi Eldar Qasımova deleqasiyanın musiqi prodüseri vəzifəsindən uzaqlaşdığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu haqda müğənni sosial şəbəkədə ona yazılan şərhlərdə cavabda bildirib. Eldar qeyd edib ki, artıq müsabiqə ilə heç bir əlaqəsi yoxdur.

"Yaxşısınız? Yoxam bu il deleqasiyada" deyə, Qasımov (12xal -red.) əlavə edib.

Qeyd edək ki, son bir neçə ildir təmsilçilərimizin finala keçməməsinə görə sosial şəbəkədə Eldar tənqid edilirdi. İstifadəçilər onu işarələyərk "istefa" sözünü yazırdı.

Əlavə edək ki, Azərbaycanı müsabiqədə JİVA adlı ifaçı "Just go" mahnısı ilə təmsil edəcək. 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
axsam.az

1Источники