RU

KASKO sığorta üzrə yığımlar 3% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2026-cı ilin yanvar ayında 5 milyon 452 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 164 min manat və ya 2,9% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 38 min manat və ya 1,6% artaraq 2 milyon 429 min manata çatıb. 2025-ci ilin yanvar ayında bu növ üzrə yığımların məbləği 5 milyon 616 min manat, ödənişlərin məbləği isə 2 milyon 391 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
114
1
banco.az

2Источники