ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xaçmaz rayonunun Xudat şəhərindən olan məktəbli Antalyada müalicə olunduğu xəstəxanaların birində vəfat edib.Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xudat şəhərindəki N.Nərimanov adına 2 saylı məktəbin 8-ci sinif şagirdi Fatimə Qoşqar qızı Zəkiyeva aplastik anemiya xəstəliyindən əziyyət çəkirmiş. Ailəsinin apardığı çoxsaylı müalicə tədbirlərinə baxmayaraq məktəbli martın 8-də Türkiyədə vəfat edib. Mərhumun cənazəsi bu gün Xudata gətirilərək dəfn olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.