RU

“France 24”: SEPAH komandanı yoxa çıxıb

SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani ilə bağlı yayılan fərziyyələr beynəlxalq mediada diqqət çəkir. “France 24” telekanalının reportajına görə, bəzi təsdiqlənməmiş şayiələr onun İsrailə casusluq etdiyi ehtimalına işarə edir.

Vətəninfo.az xəbər verir ki, ərəb mediasında Qaaninin həbs olunduğu və hətta edam edildiyi iddiaları yayılsa da, İran rəsmiləri hələlik bu məlumatları təsdiqləməyib. Qaaninin taleyi hələ də sirr olaraq qalır.

Son bir il yarım ərzində onun sağ qalması bir sıra digər komandirlərin öldürülməsi ilə diqqət çəkib. 2024-cü ilin oktyabrında Livanda dron hücumunda öldürüldüyü bildirilsə də, bir neçə gün sonra o, yüksək rütbəli hərbi komandirin dəfn mərasimində iştirak edərək, ölüm xəbərlərini təkzib etdi.

2025-ci ilin iyun ayında onun bir neçə digər İran rəsmisi ilə birlikdə öldüyü barədə yenidən məlumatlar yayıldı, ancaq o, bu fərziyyələri puç etdi. Sosial mediada bəziləri hətta zarafatla ona “İsrail casusu” adını verdilər.

Избранный
57
veteninfo.az

1Источники