RU

Hizbullahın atdığı mərmilər Suriya ərazisinə DÜŞDÜ

Suriya ordusu Livan ərazisindən atılan artilleriya mərmilərinin ölkə ərazisinə düşdüyünü bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Livandan atılan mərmilər Dəməşqin qərbində yerləşən Serqaya şəhəri yaxınlığında düşüb. Suriya ordusu hücumda Hizbullahı öz mövqelərini atəşə tutmaqda ittiham edib.

Agentliyin məlumatında qeyd olunur ki, Hizbullahın əlavə qüvvələri Suriya-Livan sərhədində müşahidə olunub.

Suriya ordusu vəziyyəti qiymətləndirdiyini və Livan ordusu ilə əlaqə saxlayaraq mümkün addımları müzakirə etdiyini bildirib.

Ordunun açıqlamasında vurğulanıb ki, Suriya öz ərazisinə qarşı hər hansı təcavüzə dözməyəcək.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
83
1
redaktor.az

2Источники