RU

“Uşaqlarda erkən yaşlardan düzgün rəqəmsal vərdişlərin formalaşması vacibdir” Şura katibi

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bəzi hallarda uşaqlar onlayn platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu isə onları informasiya mühitində daha həssas qrupa çevirir. Məhz buna görə məktəbin rolu burada çox əhəmiyyətlidir. Məktəb uşaqlara yalnız texnologiyadan istifadə etməyi deyil, həm də rəqəmsal mühitdə məsuliyyətli və təhlükəsiz davranmağı öyrədən bir mühitə çevrilməlidir”.

Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış kimi mövzuların kurikuluma daxil edilməsi uşaqlarda erkən yaşlardan düzgün rəqəmsal vərdişlərin formalaşmasına kömək edə bilər. Eyni zamanda bu istiqamətdə müəllimlərin və valideynlərin maarifləndirilməsi də vacibdir, çünki uşağın rəqəmsal mühitdə davranışı çox vaxt həm məktəbdə, həm də ailədə formalaşır:

“İctimai iştirakçılıq baxımından isə bu kimi təşəbbüslərin cəmiyyət tərəfindən dəstəklənməsi və müzakirə olunması çox önəmlidir. İctimai Şuraların və vətəndaş cəmiyyəti institutlarının əsas rolu bu prosesə ictimai baxışı gətirmək, təklifləri toplamaq və həyata keçirilən tədbirlərin effektivliyinə dair rəy bildirməkdir. Bu istiqamətdə müəllimlərin, valideynlərin və ekspertlərin fikirlərinin dinlənilməsi, açıq müzakirələrin təşkili və maarifləndirici təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
525.az

1Источники