"Volkswagen" şirkəti 2030-cu ilə qədər Almaniyada xərclər səbəbindən 50 min iş yerini ixtisar edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin illik hesabatında yer alıb.
Məlumata görə, zavodlarında əvvəlki ixtisarlar sayəsində xərcləri 1 milyard avro azaltmaq mümkün olub.
2030-cu ilə qədər "Volkswagen" rəhbərliyi xərcləri ildə 6 milyard avro azaltmaq istəyir. Şirkət hazırda əlavə işçi heyətini ixtisar etmək niyyətindədir.