AZ

"Volkswagen" 50 min iş yerini ixtisar edəcək

"Volkswagen" şirkəti 2030-cu ilə qədər Almaniyada xərclər səbəbindən 50 min iş yerini ixtisar edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə məlumat şirkətin illik hesabatında yer alıb. 

Məlumata görə, zavodlarında əvvəlki ixtisarlar sayəsində xərcləri 1 milyard avro azaltmaq mümkün olub.

2030-cu ilə qədər "Volkswagen" rəhbərliyi xərcləri ildə 6 milyard avro azaltmaq istəyir. Şirkət hazırda əlavə işçi heyətini ixtisar etmək niyyətindədir.

Seçilən
65
1
unikal.az

2Mənbələr