RU

Əliyevlə Ərdoğan arasında danışıqlar: liderlər İranla bağlı hansı qərara gələcək?

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın Şərqdə yaşanan gərginlik fonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan arasında telefon danışıqları intensivləşib. Müzakirələrin əsas mövzusu isə hər iki ölkəyə İrandan atılan raketlərlə bağlı olub.

İki lider bu məsələdə hansı qərarlar ala bilər?

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir və bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər:

“İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi də bu strateji müttəfiqliyin hüquqi əsasını təşkil edir. Sənəddə nəzərdə tutulan prinsip və öhdəliklərə əsasən, tərəflərdən hər hansı birinə qarşı xarici təhdid yaranacağı halda, birgə tədbirlərin görülməsi nəzərdə tutulur. Ölkə başçıları da ona uyğun qaydada qərarlar nümayiş etdirə bilər. Bununla yanaşı, hazırkı şəraitdə həm Azərbaycan, həm də Türkiyə regionda sabitliyin və sülhün qorunmasında maraqlıdır. İranda ali dini liderin müəyyənləşməsi fonunda da əsas gözlənti ölkədə sabitliyin təmin olunması və regionda gərginliyin artmamasıdır”.

Aydın Hüseynov

Deputat bildirib ki, İrandan nə Azərbaycana, nə də Türkiyəyə qarşı yeni təhdidlərin yaranması üçün əsas var:

“Çünki hər iki ölkənin mövqeyi aydındır, regionda sülh və sabitliyin qorunmasına yönəlib. Belə vəziyyətlərdə Azərbaycan və Türkiyə liderlərinin bir-biri ilə mütəmadi əlaqə saxlaması da təbiidir. Bu, “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin ortaq mövqedən çıxış etdiyini və regionda sülhün təmin olunmasına çalışdığını göstərir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
77
globalinfo.az

1Источники