“Bayer”in futbolçusu İbrahim Maza karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Atletiko” əlcəzairli hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir. Madrid klubu 20 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Maza bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 32 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.