RU

Moskvada 5 gündür internet kəsilir Peskov səbəbini açıqladı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Moskvada və Sankt-Peterburqda 5 gündür ki, mobil internet kəsintiləri baş verir. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasında və sosial şəbəkələrdə minlərlə insanın internet kəsintilərindən şikayətləndiyi bildirilir.

Sakinlər mesajlaşma tətbiqlərinin, veb saytlarının və bank tətbiqlərinin işlək olmadığını qeyd edirlər. Giriş yalnız "ağ siyahıya" salınmış xidmətlərlə məhdudlaşıb.

İnternet operatorları kəsintilərin onlarla əlaqəsi olmayan "xarici məhdudiyyətlər" səbəbindən baş verdiyini bildirirlər. "Kommersant"ın telekommunikasiya bazarındakı mənbələri bildirib ki, operatorlara paytaxtın müəyyən ərazilərində mobil interneti məhdudlaşdırmaq əmri verilib.

Kremlin sözçüsü Dmitri Peskov mobil internetdə yaranan problemi “təhlükəsizlik tədbirləri” ilə izah edib və deyib ki, kəsintilər tamamilə qanunauyğundur.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
azpolitika.info

1Источники