RU

İrandakı məktəbi kim vurub? Trampa yenə eyni sual ünvanlandı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın Minab şəhərində yerləşən Şəcərə-i Tayyibə ibtidai məktəbinə fevralın 28-də edilən hücumla bağlı yeni görüntülər ortaya çıxıb. Görüntülərdə məktəbin "Tomahavk" raketləri ilə vurulduğu iddia olunur.

Hücum nəticəsində 168-i uşaq olmaqla ümumilikdə 175 nəfər həyatını itirib.

Yeni görüntülərin yayılmasından sonra jurnalistlər Donald Trampa bu məsələ ilə bağlı sual ünvanlayıblar. 

Jurnalist ABŞ-nin hücuma görə məsuliyyət daşıyıb-daşımadığını soruşub.

Tramp isə bu iddiaları rədd edərək bildirib ki, “Tomahavk raketləri başqa ölkələrə də satılır və onlar tərəfindən istifadə olunur. İranın da əlində Tomahawk olduğu dəqiqdir”.

Bununla belə, yayılan video və peyk görüntülərinin Trampın daha əvvəl səsləndirdiyi “hücumu İran həyata keçirib” açıqlaması ilə ziddiyyət təşkil etdiyi qeyd olunur.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
azpolitika.info

1Источники